Maraqlı

ABŞ kibersferada hücum strategiyasına keçməlidir

27 Fevral 2020 20:40
0 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Müdafiə Nazirliyi kibersferada hücum strategiyasına keçməyi  təklif edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda departament rəhbəri Mark Esper mətbuat konfransı zamanı deyib.

M.Esper bildirib ki, ABŞ prezidenti Donald Trampın sözügedən nazirliyə yalnız kiber təhdidlərdən qorunmaq üçün deyil, əks hücuma keçmək üçün də lazımi səlahiyyət verib.

Çıxışında Rusiyanın əhəmiyyətli kiber imkanlarından da danışan Pentaqon rəhbəri bildirib ki, Rusiya bu imkanlarla ölkəni kənar virtual müdaxilədən qoruyur.

O, ötən həftə Gürcüstana edilən və Rusiyanın günahlandırıldığı  kiberhücum  mövzusuna da  toxunub: "ABŞ Rusiya müdaxiləsinə qarşı Gürcüstana kömək etməyə hazırdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.