Maraqlı

Bu kənddə 10 ildir oğlan uşağı doğulmur - Müəmma - FOTO

24 Fevral 2020 22:12
0 Şərh     Baxış: 5 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Miejsce Odrzanskie adlı kəndində 10 ildir oğlan uşağı doğulmur.

Milli.Az xəbər verir ki, Polşanın 300 nəfər əhalisi olan Miejsce kəndində sonuncu dəfə oğlan uşağı 2010-cu ildə dünyaya gəlib. Bu səbəblə də yanğınsöndürən, xilasedici tipli oğlanlara aid peşələr qız uşaqlarına öyrədilir. Uşaq sayında yaşanan bu bərabərsizliyin səbəbi müəmma olaraq qalır. Elm adamları müəmmalı vəziyyəti araşdırmaq üçün kəndə axın edib insanlara oğlan dünyaya gətirmək üçün məsləhətlər verirlər. Bu tövsiyyələr qadınların daha çox kalsium qəbul etmələri və yatağın altına balta qoymalarından ibarət olur. Lakin kəndin bələdiyyə sədri bu tövsiyyələrin işə yaramadığını və oğlan uşağı dünyaya gətirən ailəyə mükafat verəcəyini açıqlayıb. Hətta sədr doğulan ilk oğlan uşağın adını qəsəbəyə verəcəyinə və meşədə onun adına ağac əkəcəyinə söz verib. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.