Maraqlı

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

25 Fevral 2020 08:01
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyası (CASC) məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, peyklərin buraxılması yerli vaxtla saat 05:07-də Siçuanın cənub-qərb əyalətindəki kosmodromdan "Çançjen-2D" (CZ-2D) raketdaşıyıcısının köməyi ilə reallaşdırılıb.

Bildirək ki, Çin meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın öyrənilməsi üçün texnologiyalar hazırlayaraq milli kosmik proqramı aktiv şəkildə inkişaf etdirir. Bundan başqa, Çin alimləri asteroid və Mars planetinin öyrənilməsi üçün layihə reallaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.