Maraqlı

Milyardlarla insanı doydurmaq məqsədi daşıyan innovasiyalara görə iki mükafat yaradılıb

23 Fevral 2020 08:35
0 Şərh     Baxış: 1 183
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçdə hər biri 1 milyon dollar məbləğində iki mükafat yaradılıb. Bu mükafatlar milyardlarla insanı doydurmaq məqsədi daşıyan həllərə görə veriləcək.

Milli.Az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri mükafatın yaradıcılarına - İsveçin Kurt Berqfors Fonduna istinadla xəbər verir ki, yeni mükafatlar belə bir məqsədlə təsis edilib: iqlim dəyişmələri dünyada ərzaq təchizatına getdikcə daha çox təhlükə yaradır və artmaqda olan əhalinin davamlı ərzaq sistemlərinə ehtiyacı var.

Almaniyanın Potsdam İqlim Tədqiqatları İnstitutunun direktoru, mükafatın münsiflər heyətinin həmsədri Yohan Rokstrem xüsusi tədbirdə deyib: "Bizə ərzaq sistemində inqilab lazımdır. Yeni "Food Planet Prize" mükafatı bu məqsədə xidmət edəcək".

Beləliklə, hər il İsveçdə "Food Planet Prize" və "Innovative initiatives" mükafatları veriləcək.
Gözlənildiyinə görə, ilk mükafatlar artıq 2020-ci ildə təqdim ediləcək.

Qeyd edək ki, hazırda dünya əhalisi 7,8 milyard nəfərdir, 2050-ci ilə qədər insanların sayı artaraq 10 milyarda çatacaq. Ekspertlərin fikrincə, bu qədər əhalini yeməklə təmin etmək yalnız qida vərdişlərini dəyişdirmək, qida məhsullarının istehsalını yaxşılaşdırmaq və qida tullantılarını azaltmaq yolu ilə mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.