Maraqlı

Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi Marsın peyki Fobosu tədqiq edəcək

21 Fevral 2020 08:28
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) Marsın peyki Fobosu tədqiq edəcəyi barədə planlarını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, JAXA-nın Marsın peykinə göndərəcəyi kosmik zond Fobosdan götürəcəyi süxur nümunələrini Yerə çatdıracaq. Bildirilir ki, bununla əlaqədar plan Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnika Nazirliyinin mütəxəssisləri tərəfindən bəyənilib.

Məlumat üçün qeyd edək ki, marsın Fobos və Deymos adlı iki peyki var. Tədqiqat məqsədilə zondun Fobosa 2024-cü ildə göndərilməsi və onun götürəcəyi süxur nümunələrinin 2029-cu ildə Yerə çatdırılması nəzərdə tutulur. Bu, ilk belə missiya olacaq.

Alimlər bu tədqiqatla Marsın peyklərinin yaranmasına və Günəş sisteminin planetlərinin formalaşmasına aydınlıq gətiriləcəyinə ümid edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.