“CinemaPlus”dan sərfəli aksiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"CinemaPlus" kinoteatrlar şəbəkəsində "Cinemazadeh" studiyasının istehsalı olan "Qış nağılı" ən ulduzlu komediyasına sərfəli aksiya keçirilir.
Milli.Az xəbər verir ki, "Qış Nağılı" filminin 1-ci hissəsinə bilet əldə edən tamaşaçı, həmin bilet ilə kassalara yaxınlşaraq filmin 2-ci hissəsinin istənilən seansına 50% endirimli bilet ala bilər.
Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.
Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir.
Qeyd edək ki, "Cinemazadeh" studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi "Qış nağılı" iki hissədən ibarətdir - "Qış nağılı: Biri vardı, biri yox" və "Qış nağılı: Göydən üç alma düşdü". Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir.
Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb: Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi, Dilarə Kazımova, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvaladqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.
Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.
Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.
Filmin əsas musiqilərini Xalq artistləri - Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
XƏBƏR LENTİ
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)





