Maraqlı

"Subaru" istehsal etdiyi 81 min avtomobili geri çağırır

17 Fevral 2020 21:38
0 Şərh     Baxış: 2 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya istehsalçısı "Subaru" Çin bazarında satdığı 81 min 260 avtomobili təhlükəsizlik məsələlərinə görə geri çağırır.

Milli.Az bildirir ki, AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, martın 14-dən başlayacaq proses 2013-2015-ci illərdə idxal edilmiş "Forester" modellərini əhatə edəcək. Administrasiyanın mütəxəssisləri müəyyən edib ki, həmin avtomobillərin arxa hərəkətetdirici orqanların yayları korroziyaya uğraya və sıradan çıxa bilər. Bu da öz növbəsində təhlükəsizlik riskləri yaradır.

"Subaru" qüsurlu hissələri öz hesabına dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.