Maraqlı

Evinin divarındakı axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO

11 Fevral 2020 18:17
0 Şərh     Baxış: 9 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evinin divarındakı çatdan axan maddənin, əslində, qonşusunun parçalanmış bədəninə aid olduğunu öyrənən gənc şoka düşüb. Dəhşətli hadisə ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ey Cey Makkredi tavandakı çatdan evinin divarına axan tünd rəngli axıntı izləri görüb. Baş verənlərin səbəbini araşdırmaq üçün o, fəhlə çağırıb. Ancaq o da axının səbəbini və qatrana oxşayan mayenin tərkibini müəyyən edə bilməyib.

Qərara alınıb ki, yuxarı mərtəbədəki mənzilə çıxsınlar və qonşuda da eyni problemin olub-olmadığını öyrənsinlər. Ancaq gördükləri mənzərə onları heyrətə salıb: Yerdə kişi meyiti var idi.

Onlar dərhal polis çağırıblar. Məlum olub ki, ev sahibi bir həftədən çoxdur ki, ölüb. Kişinin cəsədi parçalanıb və divardakı çatdan aşağı mərtəbədəki Makkredinin evinə tökülüb.

İlkin ehtimallara görə, qonşu yuxuda ikən ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.