Maraqlı

Ekranı döndərilən noutbuk təqdim edilib

13 Fevral 2020 08:59
0 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvanın "Compal Electronics" şirkəti korpusdan ayrılmadan portret rejiminə keçərək (istifadəçi ekranı sağ alt küncdən qaldıra bilər) 14 düymlük döndərilən "OLED" ekrana malik "PivoBook" adlı noutbuk hazırlayıb.  
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, çəkisi 1,5 kiloqram təşkil edən qurğu böyük sensor ekranla təchiz edilib. Onun digər texniki xüsusiyyətləri barədə məlumat verilmir.
 
Noutbukun seriyalı istehsalı planlaşdırılsa da, "Compal Electronics" brendi ilə buraxılmayacaq. Qiyməti hələlik açıqlanmayan yeni qurğunun bu il digər adla Asiya və Şimali Amerikada satışa çıxarılacağı gözlənilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.