Maraqlı

“Google”: istifadəçilərin fərdi məlumatlarına yalnız kompüter müdaxilə edir

13 Fevral 2020 07:51
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada hər gün 100 milyonlarla insan "Google"un xidmətlərindən istifadə edir. Onlar şirkətə öz şəkillərini, poçt yazışmalarını, sənədlərini, videolarını, axtarış sorğularının tarixçəsini, məkanlarını etibar edirlər. Bununla əlaqədar olaraq bir çox istifadəçilər öz məxfilikləri ilə bağlı narahatlıq keçirir. "Google" öz müştərilərini sakitləşdirmək üçün məlumatların işlənməsi prosesi haqqında məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google" şirkətinin Surixdə keçirilən süni intellektlə əlaqədar tədbirində "GlobalData" şirkəti axtarış nəhənginin fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün süni intellekt texnologiyalarından necə istifadə etdiyini öyrənib. "Google"un maşın təlimi sahəsində tədqiqatlar bölməsinin direktoru Olivye Busket deyib ki, şirkətdə heç kim yüklənən informasiyaya giriş imkanına malik deyil. Hər bir şeyi süni intellekt idarə edir.

Onun sözlərinə görə, serverə ötürülmüş istifadəçi informasiyası diqqətlə şifrlənir və sistemləşdirilir. Yalnız kompüter istifadəçilərin məlumatlarına giriş imkanına malikdir. "Google"un iddiasına görə, "bulud" sistemində saxlanılan məlumatlara yalnız istifadəçilər giriş imkanına malikdirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.