Maraqlı

“Sevgim sosial şəbəkələrlə ölçülmür”

11 Fevral 2020 10:40
0 Şərh     Baxış: 1 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Sıla aşpaz həyat yoldaşı Hazer Amani ilə teatrdan çıxarkən müxbirlərlə qarşılaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Rəfiqəniz Demet Akalını İnstaqram-da izləmədən niyə çıxarmısınız" sualına belə cavab verib:

"Texnologiyanın qəzəbi ilə üzləşdim. Bir çox insan izləmədən çıxarılıb. Düzəlməsi üçün çalışıram. Mənim sevgim sosial şəbəkələr ilə ölçülmür".

Xatırladaq ki, D.Akalın "İkinci sayfa" verilişində məsələyə belə aydınlıq gətirmişdi:

"Sıla mənim üçün dəyərlidir. Niyə belə etdiyini bilmirəm, amma mən ona hirslənmirəm və incimirəm. Evləndikdən sonra, ismarış yazdım, danışdıq. Həyat yoldaşı ilə bağlı olduğunu düşünürəm. Başqa bir aşpazın görüntüsünü paylaşmışdım, bəlkə də ona acıqlanıb. Niyə İnstaqramda izləmədən çıxardığını özündən soruşmaram. Buna görə ona qarşı olan sevgim də azalmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.