Maraqlı

Bütün xərçəng növlərinə qarşı müalicə üsulu

15 Fevral 2020 20:50
1 Şərh     Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər, immun sistemində bütün xərçəng növlərini müalicə edə biləcək bir hüceyrə qəbuledicisi kəşf etdi.

Kardif Universitetinin alimləri Nature jurnalında nəşr olunan bir məqalədə immun sistemində yeni kəşf edilən bir T hüceyrəsi qəbuledicisinin, bütün xərçəng növlərini müalicə etmək üçün istifadə edilə biləcəyini dedi.

Araşdırmaçılar prostat, sinə, ağciyər və digər növ xərçənglərin yox etmə üsulunu laboratoriya təcrübələrində kəşf etdi. Heyvanlar və laboratoriyadakı hüceyrələr üzərində sınaqdan keçirilən araşdırma, tibb dünyasını ümidləndirdi.

T hüceyrəsi ilə xərçəng müalicəsi yəni immonoterapiya indiki dövrdə tətbiq olunan bir üsuldur.

Laboratoriya mühitində xəstələrin bədənlərindən alınan T hüceyrələrinin genetikası dəyişdirilərək, şişləri tanıması və yox etməsi təmin edilir. Ancaq bu üsul leykemiya kimi qan xərçənglərindən çox məhdud ədəddə xərçənglə mübarizədə müvəffəqiyyətlidir.

Kardif Universitetinin alimlərinin bir qrupu, araşdırmada, ağciyər, dəri, qan, kolon, sinə xərçəngi hüceyrələri də daxil olmaq üzrə bütün xərçəng hüceyrələrini tapa bilən bir T hüceyrəsi qəbuledicisi kəşf etdi. Xərçəngli hüceyrələri yox edə bilən qəbuledici, xərçəngli olmayan toxumalara isə, hər hansı bir zərər vermir. Böyük bir potensiala sahib olduğu ifadə edilən kəşf, kifayət qədər təcrübə keçirilmədən insanlar üzərində sınanmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.