Maraqlı

Gündə iki stəkan qatıq nədən qoruyur?

15 Fevral 2020 21:15
0 Şərh     Baxış: 1 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox faydaları olan qatığın daha bir faydalı xüsusiyyəti açıqlanıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, yeni aparılan araşdırmaya görə, kalsium, zülal, vitamin, potasium, maqneziumla zəngin olan qatıq həm də süd vəzi xərçəngi olmaq riskini azaldır. Gündə iki stəkan qatıq yeməklə süd vəzi xərçəngi riskinin inkişafının qarşısını almaq olar.

Bildirilir ki, diş əti iltihabı yaradan bakteriyalar da başda olmaqla, süd vəzi kanallarında olan çoxlu sayda bakteriyalar, toksinlər süd vəzi xərçənginin yaranmasına təkan verə bilir.   

Amma hesab olunur ki, gündəlik qatıq yeməklə həmin risk azalır.

Bununla yanaşı qatığın ürəyin, sümüklərin sağlamlığı, immun sisiteminin güclənməsi üçün də faydalı olduğu da vurğuıanır.

Son illər aparılan araşdırmalar göstərir ki, gündəlik 400 qram və daha artıq qatıq yemək süd vəzi xərçəngini 10 faizə qədər azldır. Hətta bəzi Asiya ölkələrində bu riskin 30 faizə qədər azaldığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.