Maraqlı

Alimlər normal nəbz göstəricisini inkar etdilər – YENİ YANAŞMA

8 Fevral 2020 22:22
0 Şərh     Baxış: 1 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürək ritminin göstəricisi olan nəbzin bu vaxta kimi konkret norma daxilində olmasını tələb edən alimlər indi belə bir normanın mövcudluğunu inkar etdi. Nəbz hər insanda özünəməxsus fərqli ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu açıqlamanı ABŞ tədqiqat institutunun alimləri elmi işlərinin nəticəsi olaraq edib.
Tibdə normal nəbz insan sakit halda olduğu müddətdə dəqiqədə 60-90-arası hesab olunur. Bu ürək yığılmalarının sayıdır və təzyiq aparatlarında ən sonuncu rəqəm olaraq görülür.

Bu normadan aşağı və yuxarı dəyişmə insanın sağlamlığında problem olduğunu göstərir və həkimləri təşvişə sala bilir.
Alimlər 2 il ərzində 92 min müxtəlif ştatlardan olan insanların biləyinə elektron brasletlər taxaraq, 2 il ərzində həftədə 2-3 dəfə taxıb, çıxarmadan gəzdirməklərini tələb ediblər. Bu cihaz nəbzin tezliyini qeydə alacaqdı.

Beləcə il boyu hər insanın nəbzi ən azı 100 gün qeydə alınıb.
Daha sonra əldə olunan məlumatlar analiz olunub.

Məlum olub ki, eyni yaşda olan insanlardan birinin sakit halda nəbzi 40-60 vurğu olsa da, digər insanın sakit halda nəbzi 105-ə belə çata bilər. Nəbzin sayına xəstənin yaşı, bədən çəkisi, cinsi, işi, gecə yuxusu belə təsir edir.

Eləcə də nəbz ilin fəsillərindən asılı olaraq da dəyişir. Yayda daha gec burur, qışda, yanvar ayında daha sürətli vurur.
Ona görə də hər kəsə dəqiqədə 50-60 ürək vurğusunu norma şamil etmək düzgün deyil və hər insanın nəbzinə fərdi yanaşmaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.