Maraqlı

Dünyada dənizkənarı quş növləri sürətlə azalır

11 Fevral 2020 22:55
0 Şərh     Baxış: 1 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəhşi dəniz quşlarının monitorinqi zamanı onların qaraciyərində və yağ toxumalarında normaldan minlərlə dəfə yüksək səviyyədə plastik mənşəli kimyəvi maddələr aşkarlanıb.

Tədqiqat işinə Yaponiyanın Hokkaydo Universitetindən Şouta Nakayama rəhbərlik edib.

Tədqiqatçılar bildiriblər ki, dünyada dənizkənarı quş növləri sürətlə azalır. Quşlar su üçün suda üzən plastiki səhvən yem bilir,  bu da xəsarət və ya ölümə səbəb olur.

Alimlər kimyəvi çirklənməni "böyüyən təhlükə" adlandırıblar: "Bu tapıntılar dəniz dibinin plastik məhsullara məruz qalmasının birbaşa sübutudur və dənizin kimyəvi çirklənmə mənbəyidir" - deyə, "Current Biology" jurnalında yazıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.