Maraqlı

Hyundai şirkətinin uçan Uber taksisi

11 Fevral 2020 21:40
0 Şərh     Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllərdir filmlərdə gördüyümüz uçan avtomobillər yavaş-yavaş gerçək olur. Hyundai şirkəti tərəfindən Uber üçün hazırlanan bu uçan avtomobil isə dizaynıyla diqqətləri üzərinə çəkir.

Dünya səviyyəsində özünü isbat etmiş avtomobil firmalarından olan Hyundai, Uber ilə ortaq işləri nəticəsində hazırlanacaq olan uçan avtomobillər dəqiqlik qazanmağa başladı. İlk etapda bir sürücü ilə istifadə ediləcək olan eVTOL adlı vasitə tamamilə avtonom hala gələcək. Yəni sürücüsüz bir uçan avtomobil ilə şəhər üzərində nəqliyyat təmin edilə biləcək.

Biri sürücü olmaq üzrə cəmi beş adam daşıma tutumuna malik uçan eVTOL vasitələrinin üzərində dörd ədəd pər var. Əgər bir havalimanından deyil, şəhəriçi bir nöqtədən qalxacaqsınızsa, uçan avtomobil dik olaraq havalanır və müəyyən yüksəkliyə çatdıqda irəliləməyə başlayır.

Pərlər 290 km/s sürətlə dik bir halda yüksəlir və 100 km/s sürətlə havada irəliləyə bilir. Hyundai səlahiyyətliləri, cəmdə 12 kiçik elektrik mühərriki istifadə edilən uçan avtomobilin bu günə qədər hazırlanmış bütün hava vasitələrindən çox daha səssiz olduğunu deyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.