Maraqlı

Real rəqəmlər yanlışlıqla paylaşıldı - Çində qorxunc fakt

7 Fevral 2020 22:50
0 Şərh     Baxış: 1 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal xaosa səbəb olan Çin koronavirusu ilə bağlı qorxunc görüntü yayılıb.

Milli.Az xəbər verir ki, Çinin ən böyük texnologiya və proqramlaşdırma şirkətlərindən olan "Tencent" epidemiyanın statistikasını açıqlayıb.

Siyahıda ölənlərin sayı 24 min 589 nəfər göstərilib. Bundan başqa, 154 min 23 nəfərin virusa yoluxduğu, sağalan xəstələrin sayının 269 olduğu bildirilib. Siyahıya əsasən, 79 min 808 nəfər xəstəliklə mübarizə aparır.

Lakin qısa müddət sonra həmin statistikanın rəqəmləri dəyişdirilib. Bu da insanlarda təşviş yaradıb.

Açıqlanan rəsmi rəqəmlərə görə, 563 nəfər dünyasını dəyişib. 28 min 18 nəfərdə virus tapılıb.

Beynəlxalq mətbuatda açıqlanan rəsmi rəqəmlərlə "Tencent"in yanlışlıqla yayımladığı rəqəmlər arasında 80 qat fərq olduğu vurğulanıb. Dünya ictimaiyyəti bu görüntülərin ortaya çıxmasından sonra "Çin hökuməti bilgiləri gizlədir. Bu rəqəmlər gerçəkdir" şərhlərini paylaşır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.