Ölümqabağı zarafat edən şəhidlər və Kərbəla savaşında mübahilə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əbdürrəhman ibn Əbdi-rəbbih Ənsari Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrindən idi. Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Kufə yaxınlığındakı Rəhbə adlı məntəqədə səhabələr qarşısında çıxış edərək onlara and vermişdi ki, Qədir-Xüm hədisini Peyğəmbərdən eşidiblərsə, şəhadət versinlər. Səhabələrdən bir neçəsi (rəvayətlərdə onların sayının 30 nəfərə çatdığı yazılır) ayağa qalxıb Peyğəmbərin dilindən: "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır" - hədisini eşitdiklərini təsdiq etdilər. Əbdürrəhman da bunlardan idi. Rəvayətə görə, o, Quran oxumağı Həzrət Əlidən (ə) öyrənmişdi.
Əbdürrəhman Müslimin qiyamı zamanı Kufədə camaatdan beyət toplayırdı. O, Məkkədə İmam Hüseynə (ə) qoşulmuş, Onunla birlikdə Kərbəlaya gəlmişdi.
Milli.Az islam.az-a istinadən bildirir ki, Aşura gecəsi İmam Hüseyn (ə) çadırların birində yuyundu, bədəninə nurə çəkib təmizləndi. Bu zaman səhabələrdən ikisi - Əbdürrəhmanla Büreyr çadırın girişində durub keşik çəkirdilər. Büreyr həmin vaxt Əbdürrəhmanla zarafat etməyə başladı. Zəhmli xasiyyətə malik Əbdürrəhman etiraz edib Büreyrə söylədi ki, zarafatın yeri deyil. Büreyr isə ona belə cavab verdi: "Ey Əbdürrəhman, məni tanıyanlar bilirlər ki, mən nə cavanlıqda, nə də indi (ahıl vaxımda) şit zarafat etməyi xoşlamamışam. Amma bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki bir azdan sonra şəhid olub Allahın mükafatlarını qazanacağıq. Buna görə səninlə zarafat etməyi özümə rəva bildim".
Savaş meydanında mübahilə
Yuxarıdakı əhvalatda adı çəkilən Büreyr ibn Xüzeyr Həmdani vaxtilə İmam Əlinin (ə) tərəfdarlarından olmuşdu, abid, zahid, Quran bilicisi kimi tanınırdı. Kufə məscidində Quran qiraətindən dərs deyirdi. Ona "Seyyidül-qüra" (Quran oxuyanların başçısı) deyirdilər. Büreyr Kufədən Məkkəyə gəlib, İmama qoşulmuş və onu Kərbəlaya kimi müşayiət etmişdi.
Aşura günündə Büreyr döyüş meydanına girib rəqib çağırdı. Qarşı tərəfdən Yezid ibn Məqil adlı döyüşçü irəli gəlib, savaşa hazır olduğunu bildirdi. Hər iki tərəf özünün haqq olduğunu söyləyib digərini inandırmağa çalışsa da, faydası olmadı. Nəhayət, Büreyr çıxış yolu kimi mübahiləni təklif etdi. Mübahilədə hər iki tərəf Allaha dua edib, qarşı tərəfi qarğışlayır. Tezliklə Allah batil olan tərəfə bəla göndərib, haqqı üzə çıxarır. Həzrət Mühəmməd Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahilə etməsi və bu münasibətlə Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olması məlum və məşhur hadisədir. Büreyrlə Yezid ibn Məqil mübahilə etdilər ki, onların təkbətək döyüşündə haqlı olan qalib gəlsin. Sonra bu iki nəfərin çarpışması başladı. Qısa müddət ərzində Büreyr öz rəqibini cəhənnəmə göndərib, haqq yolda olduğunu sübuta yetirdi. Ömər ibn Sədin ordusundan bir neçə nəfər Büreyrin üstünə şığıdı. Büreyr onlardan birini yerə yıxıb, sinəsinə çökdü, onu öldürmək istəyəndə kənardan atılmış bir nizə kürəyinə saplandı. Bu ahıl yaşlı alim və abid insanı xainliklə qətlə yetirdilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
XƏBƏR LENTİ
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"





