Somali hakimiyyəti çəyirtkələrin axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Garowe Online" yerli nəşri Somali Kənd Təsərüffatı Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, nazirlik "Somalinin qida təhlükəsizliyinə əsas təhdid olan səhra çəyirtkələrinin cari axını fonunda" fövqəladə vəziyyət elan edib.
Afrika Buynuzuna, Cənub-Qərbi Asiyaya və Qırmızı dəniz bölgəsinə təsir edən çəyirtkə axını Efiopiya və Somali üçün 25 il ərzində ən böyük və 70 il ərzində Keniyada müşahidə olunan ən pisidir.
Milli.Az