Maraqlı

Gözdən əlil kişi avtomobil qəzasına düşdü, sonra görməyə başladı

2 Fevral 2020 13:01
4 Şərh     Baxış: 1 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşada kor kişi avtomobil qəzasına düşüb. Nəticədə o, görməyə başlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Mirror" məlumat yayıb.

Yanuş Qoray adlı kişinin 20 yaşında allergik reaksiya nəticəsində sağ gözü tamamilə tutulub, sol gözü isə yalnız formaları və işığı görə bilib.

Piyada keçidindən keçərkən avtomobilin altına düşən kişinin ombasında cərrahiyə əməliyyatı edilir. Əməliyyatdan iki həftə sonra nəinki qəzanın bütün fəsadları geridə qalır, hələ üstəlik Yanuş görməyə də başlayır.

Həkimlər Yanuşun yenidən görməsinin səbəbi kimi xəstəxanada ona verilən dərmanları hesab edirlər. Yanuş özü isə qəza zamanı başının asfalta dəyməsini dönüş anı sayır.

Hadisədən sonra Yanuş Qoray sağaldığı xəstəxanaya mühafizəçi kimi işə düzəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.