Maraqlı

Realme şirkətinin fitnes bilərziyi

4 Fevral 2020 21:40
0 Şərh     Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Realme, smartfonların yanında geyilə bilən texnologiya sahəsində də sıçrayış etməyə hazırlaşır. Şirkətin önümüzdəki ay tanıtmağı planlaşdırdığı fitness bilərziyi, ilk dəfə göstərildi.

Realme, aylar əvvəl bir fitnes bilərziyi bazara çıxaracağını eşitdirmişdi. Son olaraq Realme şirkətinin baş icarçı direktoru Madhav Şet, dəqiq bir tarix verməsə də, bilərziyin önümüzdəki ay çıxacağını açıqlamışdı. Realme şirkətinin fitnes bilərziyi, cihazın təqdimatı reallaşmadan qısa müddət əvvəl canlı bir formada göstərildi.

Beebom, qısa müddət əvvəl Realme baş icraçı direktoru Madhav Şeti Yeni Dehlidəki İspaniyanın viza ofisində göstərdi. Şetin qolunda, şəkildə də görəcəyiniz kimi Realme fitnes bilərziyi var idi. Fotoşəkil, bu günə qədər yeni cihazla əlaqədar ən böyük sirrlərdən biri olan, fitnes bilərziyinin qövslü ekranını ortaya çıxarır.

Realme fitnes bilərziyinin ekranı fotoşəkli çəkildiyi vaxtda bağlı idi. Buna görə bilərziyin rəngli bir AMOLED ekranı olub olmayacağı bilinmir. Realme fitnes bilərziyinin dizaynı, Honor Bant və ya Fitbit Inspires modelini xatırladır. Cihazın qayışı, Mi Bant kimi ekranın ətrafını bağlamır, əksinə bir qol saatı kimi ekranın alt və üst qisimlərinə bağlı görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.