Maraqlı

“Facebook” məxfiliyi gücləndirmək üçün yeni funksiyalar istifadəyə verir

1 Fevral 2020 07:31
0 Şərh     Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" məxfiliyi gücləndirmək üçün yeni funksiyalar istifadəyə verməyə hazırlaşır. Bu, istifadəçilərə məxfilik parametrlərini yoxlamağa və ona dəyişikliklər etməyə imkan verəcək. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sosial şəbəkə yaxın vaxtlarda istifadəçilərə onları "Məxfilik yoxlanışı" bölməsinə (Privacy Checkup) yönəldəcək bildirişlər göstərməyə başlayacaq. Həmin bölmədə istifadəçilər bütün məxfilik parametrlərini yoxlaya və lazımlı dəyişikliklər edə biləcəklər.

Bundan başqa, sosial şəbəkə "Facebook-dan kənar aktivliyiniz" (Off-Facebook Activity) adlı bölmə də istifadəyə verəcək. Bu bölmə istifadəçilərə onların fərdi informasiyasını şirkətlə paylaşan xidmət və yerlər haqqında məlumat verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.