Sistem ordunu ciddi şəkildə dəyişə bilər.
Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Silahlı Qüvvələrinin Süni İntellekt üzrə mütəxəssisləri (AITF) gələcək döyüş əməliyyatlarında istifadə edilməsi planlaşdırılan yeni döyüş sistemini hazırlayır. Bu barədə Defence-blog məlumat yayıb.
AITF texnologiyası hərbçilərin əməliyyatların hazırlanmasına və keçirilməsinə münasibətini əhəmiyyətli dərəcədə dəyişə bilər. Sistem "Avtonom və qeyri-avtonom ötürücülərin təhdidini tanıma" (ATR-MCAS) adlanır. Məlumata görə, ATR-MCAS Süni İntellekt tərəfindən idarə olunan birləşmiş müasir hava və yerüstü nəqliyyat vasitələr sistemidir.
Sistem nəqliyyat vasitələri, obyekt, maneə və potensial təhdidləri aşkar etmək, tapmaq üçün müəyyən bir ərazidə hərəkət etməyə imkan verən sensorlarla təchiz edilib. ATR-MCAS, tövsiyə və proqnoz hazırlamaq üçün istifadə edilə bilən məlumatları da toplama və yaymağa qadirdir.
AİTF-in baş mühəndisi, leytenant Kris Lourensin sözlərinə görə, ATR-MCAS konkret istifadəçi ssenarisi ilə məhdud deyil, çünki o, mövcud müstəqil sistemlərdən fərqlidir. Bu, kəşfiyyat tapşırıqlarını yerinə yetirmək və ya bölgənin müdafiəsini izləmək üçün missiyalar zamanı istifadə edilə bilər.
Milli.Az