Maraqlı

Necə edim ki, xəstələnməyim? – 5 ildir virus tutmayan şəxsdən MƏSLƏHƏTLƏR

28 Yanvar 2020 23:05
0 Şərh     Baxış: 3 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəhşətli virusların yayıldığı dövrdə necə edək ki, orqanizmimiz dözümlü olsun və xəstələnməyək.
Bəzi metodları sınayaraq, illərdir xəstəlik nədir bilməyən insanlar var.

Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı bloger kişinin 5 ildir xəstələnməməsinin səbəbi olan sirlərini təqdim edir. Çox faydalı olan bu məsləhətləri siz də edə bilərsiniz.
1. Səhər tezdən prosedurlar

Səhər oyanan kimi mütləq maye qəbul edin, isti və ya soyuq su olmaz. Hətta ilıq çay da içə bilərsiz. Sonra kontrast duş qəbul edin. Yəni əvvəl ilıq, sonra isti, sonra ilıq, sonra soyuq su rejiminə keçidlər.

Daha çox üz, döş qəfəsi, ayaqlar 5 saniyə soyuq su altına tutulsa bəs edir. Həftələr keçdikcə bu saniyələri artırın, bədəninizi soyuğa alışdırın.

Bunu yalnız səhərlər edin. İş ondadır ki, səhər yeməyinə qədər bir çox hormonlar yuxudan sonra az da olsa tənbəlcəsinə fəaliyyət göstərir. Onları daha güclü işləməyə məcbur etməyin yolu bu duşdan keçir. Yuxudan oyandıqdan sonrakı 15 dəqiqə çox mühümdür.

2. Pəhriz

Hər gün 2-3 ədəd sarımsaq yeyin. İstədiyiniz kimi. Bu, əsl antioksidantdır.
Eləcə də meşə giləmeyvələri, yabanı cır meyvələr harda gördüz alın. Həm yeyin, həm çayını için.

Giləmeyvələr insanın DNT-hüceyrələrini sağlamlaşdırır. Hər gün müxtəlif giləmeyvələr yeyən insanın hüceyrələrinin və DNT-nin ömrü 15 il uzanır.

3. Hərəkət edin

Mütləq təmiz havada müxtəlif idman, gimnastika, yüngül qaçış hərəkətləri edin.

Axşam isə ayaqları isti vannaya qoyub, sonra onları hündür bir yastıq üzərində 10 dəqiqə saxlayın.

Mütləq gecə 12-ə kimi yatağa girin və səhər 7-də oyanın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.