Maraqlı

Avropa Birliyi üz skan sistemini qadağan etmək istəyir

25 Yanvar 2020 23:05
0 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası ictimai yerlərdə üz tanıma vasitələrindən istifadənin qadağan olunmasını tələb edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Avropa Komissiyası məxfilik hüquqları ilə bağlı mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik sənəd hazırlayıb.

Sənədə əsasən, komissiya "üz tanıma və risklərin müəyyənləşdirilməsinin təsirini qiymətləndirən möhkəm metodologiya"nı hazırlayacaq. Bundan əlavə, təşkilat nümayəndələri bu texnologiyanın ictimai yerlərdə 5 ilədək istifadəsini qadağan etməyi düşünürlər.

Üz tanıma texnologiyasının əleyhdarları hesab edirlər ki, Avropa ölkələrində mövcud  vəziyyət insanların məxfilik hüquqlarını pozur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.