Maraqlı

Skoda-nın gələcək Vision IN krossoverinin şəkilləri dərc olunub

23 Yanvar 2020 21:50
0 Şərh     Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyanın Skoda şirkəti fevralın 3-də rəsmi olaraq Vision IN adlı ucuz krossoverin təqdimatını keçirmək niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, yolsuzluğun ehtimal olunan görünüşünü qismən açıqlayan eskizlər artıq istifadəçilər üçün əlçatandır. Mühəndislər bu avtomobildə krossoverin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən təkmilləşdirilmiş MQB A0 IN platformasından istifadə ediblər. Yeni model oxşar radiator barmaqlığı və işıq diodu optikası ilə məşhur Kamiq yolsuzluğuna bənzər stilistikaya malikdir.

Lakin bamper və kuzanın yan hissələri Vision IN modelinə daha fərdi görünüş verir. Xatırladaq ki, krossoverin kapotunun altında 1,0 litrlik mühərrik quraşdırılıb, həmçinin 1,5 litrlik benzin mühərriki ilə təkmilləşdirilmiş modifikasiya təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.