Maraqlı

Müasir yaddaş qurğuları Sərt diskləri sıradan çıxarır?

23 Yanvar 2020 23:15
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 7 il ərzində Sərt disklərin dünya bazarındakı tədarükü iki dəfə azalıb.

Milli.Az chip.az-a istinadən bildirir ki,  "TrendFocus" analitik şirkətinin məlumatına görə, buna səbəb kimi SSD-lərin populyarlıq qazanması göstərilir.

Vinçestlər artıq tarixə çevrilir

Ötən ilin son rübündə Sərt disklərin satış üçün 77,2 milyon disk tədarük edilib. Yeddi il öncə isə bu rəqəm 150 milyona çatırdı. 2018-ci ilin son rübü ilə müqayisədə ötən il satış 12,3% azalıb.  "TrendFocus" şirkətinin analitikləri bu göstəricilərin aşağı düşməsini bazarda daha müasir SSD-nin peyda olması ilə əlaqələndirirlər.

Bəs sərt disk istehsal edən şirkətlərdə vəziyyət necədir?

2020-ci ildə sərt disklərin tədarük reytinqi 3 şirkət - "Western Digital", "Seagate" və "Toshiba" arasında bölünür. Lakin statistikaya baxdıqda, onların hər birində Sərt disk satışının azaldığını görürük.  "Seagate" şirkəti hələki reytinqdə ilk sırada gəlir. Bu şirkət ötən il 31,5 milyon sərt disk tədarük edib, lakin bu rəqəm 2018 illə müqayisədə 14% azdır.

Sərt disklərin satışı günbəgün azalır

"Western Digital" şirkəti ötən il 29,35 milyon ədəd Sərt disk istehsal etdiyini bildirir. "Toshiba" isə ötən il 16,35 milyon, yəni 2018-ci ilə nisbətən 20% az satış edib.

Vəziyyət daha da pisləşir

Ötən ilin I rübündə "Seagate"nin satışı nə artmayıb nə də ki azalmayıb.  Satış 31,4-31,8 milyon arası dəyişir.  İllik göstəriciləri isə 14,4% olaraq azalıb.

"Western Digital" ötən ilin əvvəlində 26,9-27,3 milyon sərt disk tədarük edib. İllik satış göstəriciləri 12,9% azalıb.  "Toshiba" I rübdə 18,3-18,7 milyon sərt disk satışa çıxarıb. İllik satışı 11,3% azalıb.

İstehsalçılar satış artırmaq üçün necə mübarizə aparırlar

Satışların faiz göstəricisini artırmaq üçün şirkət rəsmiləri Sərt disklərin həcmini böyütməkdə görür. Məsələn, "Western Digital" ötən ilin dekabr ayında sərt diskin yaddaşını 50 ТB artırıb. "Seagate" şirkəti Sərt disklərin həcmini 2024-cü ildə 20 TB-a çatdıracağını elan edib. Hazırda isə 18 TB yaddaşı olan vinçestrləri genişləndirməyi planlaşdırır. 2026-ci ildə isə 30 TB yaddaşı olan disklər satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.