Maraqlı

2050-ci ilə qədər 1 milyon insan Marsa gedə biləcək

20 Yanvar 2020 20:04
1 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SpaceX və Tesla kimi şirkətləri ilə tanınan İlon Mask, Starship proyekti ilə bağlı iddialı fikirləri təsdiqləyib. Hazırda Maskın ən böyük planı Mars planetinə insanların getməsini təmin etməkdir. Beləliklə, Marsa insan koloniyasının təməlləri atılmış olacaq.

Milli.Az technote-yə istinadən xəbər verir ki, Mask Marsda insan koloniyası qurmaq üçün böyük miqdarda megaton lazım olduğunu bildirib.

Mask Starship gəmilərinin gündə 3 dəfə uçuş etmək bacarığının olduğunu yazıb.
Bundan sonra bir istifadəçi gün ərzində 3 uçuşdan 2050-ci ilə qədər 1 milyon insanın Marsa gedə biləcəyini hesablayıb. Mask da bunu təsdiqləyib.

Mask yeni təqdim olunan Cybertruck pikapının Starship gəmisi ilə Marsa gedə biləcəyinə də işarə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.