Maraqlı

Xiaomi şirkəti “Ağıllı” kondisioneri təqdim edib

21 Yanvar 2020 23:50
0 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi" şirkəti "ağıllı" "Smartmi Kondisioner A" kondisionerini təqdim edib. İstifadəçilərin temperaturu tənzimləmək üçün sadəcə bir səs əmrini söyləməsi kifayətdir.

Kondisionerin əsas üstünlüklərindən biri yüksək enerji səmərəliliyinə malik olmasındadır.

illi.Az techland.az-a istinadən bildirir ki, istehsalçılar "Smartmi Kondisioner A"nın hazırkı enerji effektivliyinin müasir standartları üstələdiyini qeyd edirlər. Kondisioner 4.65 APF dəyərinə malikdir. APF yüksək olarsa, cihazın enerji səmərəliliyi də artır. Yeni "Xiaomi" cihazı digər kondisionerlərə nisbətən elektrik enerjisinə 20% qənaət edir.

"Ağıllı" kondisioner həm tətbiqetmə, həm də səsli idarəetmə ilə işləyə bilir. Cihaz "Xiao AI" rəqəmsal köməkçisini dəstəkləyir.

"Smartmi Kondisioner A"nın iki modeli mövcuddur. Onlar ölçülərinə və satış qiymətlərinə görə bir-birindən fərqlənirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.