Maraqlı

“Xiaomi” enerjiyə qənaətcil “ağıllı” kondisioner təqdim edib

16 Yanvar 2020 22:05
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi" şirkəti yeni nəsil kondisionerlər təqdim edərək öz məişət texnikası çeşidini genişləndirib. Modelin əsas özəlliyi müasir standartları üstələyən yüksək enerji səmərəliliyinə malik olmasıdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Sertifikatlaşdırma Mərkəzinin qiymətləndirməsinə görə, "Xiaomi Smartmi Air Conditioner A" modellərinin illik faydalı iş əmsalı (APF) 4,65 göstəricisinə uyğundur. Bu halda Çində istifadə edilən standart dünyada ən sərt standartlardan biri hesab edilir. Şirkətin mühəndisləri bu cür göstəricilərə çeviricili xüsusi tezlik mühərrikindən istifadə sayəsində nail olublar.

Başqa sözlə, "Xiaomi"nin yeni kondisioneri təxminən 20% enerjiyə qənaət edir. Bundan başqa, yeni hazırlama "ağıllı" funksiyalar dəstəyinə malikdir və "ağıllı" ev ekosisteminin bir hissəsidir. Smartfon və ya "Xiao AI" səs köməkçisinin köməyi ilə kondisioneri idarə etmək mümkündür.

Çində "Xiaomi Smartmi Air Conditioner A" kondisionerinin kiçik modelinin qiyməti 333, böyük modelinin qiyməti isə 391 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.