Maraqlı

Sarımsaq allergiya yaradır?

18 Yanvar 2020 21:20
1 Şərh     Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox qidaların allergiyaya səbəb olduğu məlumdur. Bu sırada təbii məhsullar da yetərincədir. Bir çox faydaları olan təbii qidaların allergiya yaratmaq xüsusiyyətləri də var.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, belə  məhsullardan biri də də təbii dərman, təbii antibiotik hesab olunan sarımsaqdır. Məlumata görə, sarımsaq allergiyasına çox nadir rast gəlinsə də, bu, hətta ölümcül anafilaktik şok kimi ciddi fəasadlara səbəb ola bilir.

Ona görə də mütəxəssislər bununla bağlı diqqətli olmağı tövsiyə ediblər. Bildirilir ki, sarımsaq, içərisində sarımsaq olan qidalar yedikədn sonra qəglətən bədənə yayılan qızartı, qaşınma, gözlərdə, dodaqlarda şişkinlik, qusma, öskürək, nəfəsalmada xışıltı bu allergiyanın əlamətləridir.

Sarımsaq allergiyası şübhəsi varsa, həmin şəxs bununla bağlı allergik test olunmalı, dəridə sarımsaq zülalına qarşı həsasslıq araşdırılmalıdır.

Sarımsaq kimi oxşar zülal tərkibli soğan, quşqonmaz  və s. kimi qidaların da diqqətli istifadəsi lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.