Maraqlı

Zoi Kravitz "Batman"ın çəkilişinə hazırlıqlardan danışdı

14 Yanvar 2020 08:58
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktrisa Zoi Kravitz Ellen Dedjeneresin şousunda, Pişik-qadın rolunu oynadığı Met Rivzin "Batman" filminin çəkilişinə necə hazırlaşdığı haqqında danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aktrisa deyib: "Hər şey qaydasındadır. Çox həyəcanverici və fiziki cəhətdən çox çətindir. O qədər məşq edirəm ki, evə güclə çata bilirəm".

Zoi Kravitz əlavə edib ki, hazırda Robert Pattinson (Batman) və Kolin Farell (Pinqvin) iştirak edəcəkləri çəkilişlər üçün Londona uçmağı planlaşdırır.

Super qəhrəmanlar filmində həmçinin Jefrey Rayt (Polis Komissarı Jeyms Qordon), Pol Dano (The Riddler), Endi Serkis (Butler Alfred Pennivorf) və başqaları rollar aliblar.

Filmin təqdimatı 2021-ci ilin iyun ayında planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.