Maraqlı

Tibdə ilk

10 Yanvar 2020 23:02
0 Şərh     Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın Lüblin şəhərində tibdə ilk dəfə olaraq süni sümükdən istifadə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu yeni texnologiya xəstələri amputasiyadan xilas edəcək.

Süni sümük ilk dəfə eksperiment olaraq 8 il əvvəl Daniel Bardeqa adlı xəstəyə köçürülüb. O motosiklet qəzasında ayağını itirmək təhlükəsi ilə qarşılaşmış və eksperimental əməliyyata razılıq vermişdi. Xəstənin sağ ayağı əməliyyat nəticəsində tamamilə dağılmışdı. İlk eksperiment uğurla tamamlanıb. Hazırda xəstə tamamilə sağalıb və kənar şəxslərin köməyi olmada yeriyə bilir.

Süni sümüyün üstünlüyü ondadır ki, heyvan toxumalarından istifadə olunmadan tam yeni innovativ texnologiya ilə hazırlanıb və zamanla onun ətrafında yeni hüceyrələr yaranır.

İndiyədək 14 beynəlxalq mükafata layiq görülən eksperimental layihə milyon avro məbləğində qrant alıb. 41 xəstə bu layihədən artıq yararlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.