Maraqlı

2020-ci ilin ən yaxşı hesab edilən pəhrizi

11 Yanvar 2020 22:35
0 Şərh     Baxış: 1 274
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ mütəxəssisləri dünyada 35 ən populyar pəhrizi qiymətləndirərək, Aralıq dənizi pəhrizinin 2020-ci ildə ən üstün olduğunu hesab edib. Məlumdur ki, Aralıq dənizi ölkələrində insanlar daha çox yaşayır və bir çox amerikalıdan daha az dərəcədə xərçəng və ürək-damar xəstəliklərindən əziyyət çəkir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, burada sirr çox sadədir: aktiv bir həyat tərzi, çəkiyə nəzarət və qırmızı ətdən, şəkərdən, çox miqdarda yağlardan, enerji dəyərli yüksək olan sağlam məhsullardan az istifadə olunan pəhriz.

İkinci yeri "DASH" pəhrizi tutur. Burada duz qəbulu azaldılaraq və ya tamamilə ləğv edilir, yüksək yağlılığa və şəkərə malik olan qidalardan da pəhriz edilir.

Üçüncü yerdə "Münasib vegetarian pəhrizi" (Flexible Vegetarian Diyet) gəlir. Bu sxemdə ətdən tamamilə imtina edilməsi tələb olunur, lakin çox istədikdə ətdən az miqdarda istehlak edilə bilər. Alimlərin fikrincə, bu cür aclıq koqnitiv qabiliyyətləri inkişaf etdirərək ömrü artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.