Maraqlı

NASA-nın 10 milyardlıq nəhəng teleskopu hazırdır

11 Yanvar 2020 23:50
0 Şərh     Baxış: 1 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ceyms Vebb" orbital teleskopunun yaradılması ilə bağlı işlər demək olar ki, tamamlanıb. Amma orbitə çıxacağı 15 ay ərzində bir dəfə yerüstü sınaqdan keçiriləcək.

Milli.Az axar.az-a istindən xəbər verir ki, bu barədə NASA rəsmisi Erik Smit deyib.

"Biz az öncə orbital rəsədxananın inşasını praktiki olaraq başa çatdırdıq. Beləliklə, bizim "Ceyms Vebb" teleskopumuz var və ümidvarıq ki, o, planlaşdırıldığı kimi işləyəcək", - Smit bildirib.

2020-ci ildə teleskopun avadanlığı "Ariane 5" raket daşıyıcısı ilə işə salındıqda vibrasiya və səs-küyə qarşı dözümlülüyü sınaqdan keçiriləcək. Sınaqlar zamanı qeyri-adi rejimdə işləyən elektron avadanlıqların bir hissəsi dəyişdiriləcək, daha sonra bütün sistemlərin yoxlanılması aparılacaq.

Teleskop ümumilikdə 10 milyard dollara başa gəlib.

Qeyd edək ki, teleskop insanı Aya göndərən "Apollon" proqramının rəhbəri Ceyms Vebbin şərəfinə adlandırılıb. Teleskop 2021-ci ildə "Habl" kosmik rəsədxanasını əvəz edəcək. Onun Yerdən təxminən 1,6 milyon km uzaqlıqda yerləşən "Laqranj" nöqtəsinə göndəriləcəyi bildirilir.

Yeni teleskop "Böyük partlayış"dan sonra yaranan qədim ulduz və kainatları öyrənmək və eləcə də həyati əhəmiyyətli yeni planetləri tapmaq məqsədilə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.