Maraqlı

Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək

11 Yanvar 2020 08:35
0 Şərh     Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox smartfon sahibləri yatmağa hazırlaşan vaxt öz qacetlərini enerji toplamağa qoyurlar. Məsələnin belə həlli cihazın batareyasının ömrünü xeyli qısaldır.

Milli.Az ted.az-a istinadən bildirir ki, OnePlus şirkətinin mütəxəssisləri bu problemi necə həll etmək barədə düşünüblər. Nəticə olaraq, Las-Veqasda keçirilən "Consuler Electronic Show 2020" sərgisində tezliklə şirkətin smartfonlarında görünəcək "Optimallaşdırılmış yükləmə" (Optimized Charging) texnologiyası təqdim olunub.

Texnologiyanın mahiyyəti belədir: smartfonunuzu yatmazdan əvvəl enerji toplamağa qoyduqda o, 80%-ə qədər yüklənəcək və sonra şarj müvəqqəti olaraq dayandırılacaq. İlk zəngli saat və ya ilk xatırlatma işə düşməzdən 100 dəqiqə əvvəl smartfon yenidən enerji yığmağa başlayacaq. Həll çox sadədir, amma həqiqətən, batareyanın ömrünü uzada bilər.

Yeni proqram təminatının beta testində iştirak edən OnePlus 7 və ya OnePlus 7 Pro istifadəçiləri artıq bu funksiyanı sınaqdan keçirə bilərlər. Batareya parametrlərində "optimallaşdırılmış enerji toplama" maddəsi peyda olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.