Maraqlı

Dünyanın ən sürətli boşanması - 3 DƏQİQƏ

10 Yanvar 2020 07:28
4 Şərh     Baxış: 1 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Küveytli bir qadın evləndikdən 3 dəqiqə sonra boşanmaq istəyib.

Milli.Az xəbər verir ki, Küveytdə evlənən gənc cütlük nikah evindən çıxarkın deyilən bir kəlmə söz boşanmalarına səbəb olub.

Belə ki, gəlin pilləkənləri düşərkən ayağı gəlinliyinin ətəyinə ilişib və yıxılıb. Həmin an bəy xanımına kömək etmək əvəzinə ''axmaq'' kəliməsini işlədib. Gəlin bu vəziyyətə çox əsəbləşdiyi üçün nikah evinə geri qayıdaraq nikah məmurundan  onları boşamasını istəyib. 3 dəqiqə evli qalan cütlük ölkənin ən tez ayrılan və boşanan cütlüyü kimi tarixə düşüb. Maraqlısı budur ki, çox insan gəlini verdiyi qərara görə dəstəkləyib. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.