Maraqlı

İnsan sifətini imitasiya edən material hazırlanıb

9 Yanvar 2020 08:01
0 Şərh     Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış material formasını dəyişdirə və insan sifətini imitasiya edə bilər. Bu texnoloji həll gələcəkdə süni əzələlərin sürətli hazırlanmasında istifadə edilə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Vim Van Ris nazik düz vərəqin mürəkkəb formalara (məsələn, insan sifətinə) çevrilməsi metodunu hazırlayıb. Alim deyib ki, adətən səth dartıla, sıxıla və ya parçalana bilmir və bu, tədqiqatçılar düz səthlərin formasını dəyişdirmək istədikdə problem yaradır.

"Gələcəkdə bu hazırlamadan süni əzələlərin yaradılmasında istifadə etmək olar, çünki material istənilən formanı ala bilər" - tədqiqatçılar deyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.