Maraqlı

Elektrik mühərrikli "Ford Mustang"

31 Dekabr 2019 09:26
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ford Motor Co (F.N) şirkəti elektrik idman avtomobili "Mustang Mach-E"nin ilk buraxılışı üçün sifariş siyahılarının tam dolduğunu açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  ABŞ-ın 2 nömrəli avtomobil istehsalçısı noyabrın 17-dən elektrik Mustang krossoverinə sifarişləri qəbul etməyə başlayıb. Sifarişlərin sayı barədə məlumat verilməsədə, Ford "Mach -E"nin satışa çıxarıldıqdan sonra ilk 12 ayda ümumi istehsalını 50.000 nəqliyyat vasitəsi ilə məhdudlaşdırdığını söyləyib.

"Mustang Mach-E" ilk dəfə noyabr ayında Los Ancelesdə təqdim edilib. Avtomobilın istehsalına 2022-ci ilə qədər 1100 milyard dollar sərmayə yatırılacaq və krossrover ilkin olaraq Meksikada buraxılacaq. Dizaynı 1960-cı illərin klassik "Mustang" idman avtomobilindən ilhamlanan "Mach-E", Tesla Inc (TSLA.O) şirkətinin istehsal etdiyi elektrik avtomobillərlə qarşı-qarşıya qoyulmaq üçün nəzərdə tutulmuşdur.

Şirkətdən verilən məlumata görə, sifarişlərin 25 faızından çoxu ABŞ-ın Kaliforniya ştatından edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.