Tövbə ilə pis əməllərin yaxşı əməllərə çevrilməsi nə deməkdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərimin "Furqan" surəsinin 70-ci ayəsində oxuyuruq:
إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا
"Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!"
"Hud" surəsinin 114-cü ayəsində oxuyuruq:
وَأَقِمِ الصَّلاَةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّـيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ
"Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür."
Milli.Az maide.az-a istinadən bildirir ki, "Təfsiri-nümunə" əsərində bu əvəzolmanın - pis işin yaxşı işə çevrilməsinin təfsiri haqqında belə qeyd olunur:
1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə, indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.
2. Allah-Taala lütfü, kərəmi, fəzli və mərhəməti ilə tövbə edən insanın pis işlərini məhv edib, onun yerini yaxşı işlərlə doldurur. Necə ki, Əbuzərdən Həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını üzə çıxarıb ona göstərin, böyük günahlarını isə örtün. Sonra isə ona deyin: "Sən fılan günü fılan kiçik günaha əl atdın." Həmin bəndə kiçik günahlarını etiraf edəcək, amma böyük günahlarının qorxusu qəlbini titrədəcək. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki, Pərvərdigara, mən mühüm günahlarımı görmürəm." Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində təbəssüm edərək bu ayəni oxudu:
فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ
"Allah onların pis əməllərini yaxşı əməllərə çevirər." ("Furqan", 70; "Nurus-səqələyn" c.4, səh.33.)
3. Savaba çevriləcək pis işlər dedikdə, bu pis işlərin özü yox, onların insanda qalmış təsirləri nəzərdə tutulur. Yəni insan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir. ("Təfsiri-nümunə", c.15, səh.160; "Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, səh.185-186.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər





