Maraqlı

Kişinin sürüyə-sürüyə evə yarıçılpaq qadın gətirməsi belə görüntüləndi - VİDEO

29 Dekabr 2019 14:29
13 Şərh     Baxış: 22 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Saxalin vilayətinin Anivski rayonunda kişi sərxoş sevgilisini binanın önündən sürüyərək evə aparıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Novotroitskoe kəndində baş verən hadisə videoya düşüb.

Görüntülərdən bəlli olur ki, kişi yarıçılpaq vəziyyətdə olan sevgilisini pilləkənlə sürüyüb binaya qaldırır, başqa bir kişi isə blokun qapısını açır.

Polisin verdiyi məlumata görə, qadın hadisə zamanı ciddi zədə almayıb.

O, sərxoş halda sevgilisi ilə dalaşıb və sevgilisi onu vurduqdan sonra yarıçılpaq vəziyyətdə küçəyə qaçıb.

Sevgilisi isə onun ardınca çıxıb, sürüyərək güclə evə gətirib.

Hadisə yerinə gələn polislər kişini psixoloji xəstəxanaya yerləşdiriblər.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.