Maraqlı

Android 10-u əldə edəcək Xiaomi smartfonları məlum olub

31 Dekabr 2019 17:10
0 Şərh     Baxış: 624
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

XDA-Developers saytının mütəxəssisləri yaxın zamanda Android 10 əməliyyat sistemini əldə edəcək Xiaomi smartfonlarının siyahısını təqdim ediblər. Xiaomi şirkəti çoxlu sayda smartfon modelinə sahib olduğu üçün yeni Android versiyalarının həmin smartfonlara təqdim olunması bir qədər ləng şəkildə reallaşdırılır. Şirkət üçün əsasən ən öndə gedən prioritet özünün MIUI adlı istifadəçi interfeysinin yenilənməsidir.

Milli.Az technote.az-a istinadən bildirir ki, məhz MIUI istifadəçi interfeysinin növbəti yenilənməsinin daxilində mütəxəssislər Android 10-u əldə edəcək Xiaomi smartfonlarının siyahısını aşkar ediblər. Siyahı o qədər də geniş deyil. Beləliklə yaxın zamanda Adnroid 10-u əldə edəcək Xiaomi smartfonları bunlardır: Pocophone F1, Mi Mix 2S, Mi Mix 3, Mi 8, Mi 8 Pro, Mi 8 Pro Explorer Edition. Android 10-nun bu smartfonlara dəqiq şəkildə nə zaman gələcəyi bilinmir. Lakin istifadəçilər çox gözləməli olmayacaqlar. İlkin mərhələdə isə Android 10 bu smartfonların çinli istifadəçiləri üçün təqdim olunacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.