Maraqlı

Tvitter animasiya göndərməyi qadağan etdi

31 Dekabr 2019 19:15
0 Şərh     Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tvitter mesajlaşmada PNG (Portable Network Graphics) animasiya göndərməyi qadağan etdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkənin rəsmi səhifəsində məlumat verilib.

Platformanın yaydığı məlumata görə, yeni qanun epilepsiyadan əziyyət çəkən Tvitter istifadəçilərini qorumaq məqsədi daşıyır. Qadağa yeni tvitlərə şamil olunur.

Şəbəkə mütəxəssisləri qeyd edirlər ki, Tvitter istifadəçisi avtomatik qoşulma funksiyasını söndürsə də, o PNG faylı olan xüsusi hazırlanmış mesajları görür. Bu isə hakerlərin hərəkətli və fırlanan görüntülərlə həssaslığı olan istifadəçilərə, xüsusilə də epilepsiya xəstələrinə ziyan vurmasına səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.