Maraqlı

Huawei qrafen batareyası olan smartfonlar istehsal edəcək?

26 Dekabr 2019 07:05
0 Şərh     Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Huawei şirkəti Huawei P40 smartfonları üçün qrafen batareya istehsal edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda şirkətin Fransadakı rəsmiləri Tvitter səhifəsində yazıblar.

"Huawei France" tviti paylaşıldıqdan sonra dərhal da silinib.

Lakin PhoneArena nəşri bu paylaşımı operativ götürüb, nəşr etməyə nail olub.

Qeyd edək ki, hazırda smartfon bazarında qrafen batareyasına sahib olan məhsul yoxdur. Yalnız Huawei deyil, eyni zamanda Samsung şirkəti də 2020 yaxud da 2021-ci ildə qrafen batareyası olan smartfon istehsalına çılışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.