Maraqlı

LGBT bayrağını yandırdı, 16 il həbs aldı - DÜNYADA İLK DƏFƏ - FOTO

21 Dekabr 2019 15:25
1 Şərh     Baxış: 1 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

30 yaşlı Adolfo Martines cinsi azlıqların beynəlxalq təşkilatı olan LGBT-nin bayrağını oğurlayıb yandırdığına görə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az CNN-ə istinadən bildirir ki, olay ABŞ-ın Ayova ştatındakı Eyms şəhərində baş verib.

Şəhərdəki kilsənin giriş qapısının üzərinə vurulmuş LGBT bayrağını qopararaq oğurlayan L.Martines sonra "Dangerous Curves" striptiz-klubunun yaxınlığında bayrağı yandırıb.

Martinesin dediyinə görə, cinsi azlıqlara nifrət bəslədiyi üçün belə edib.

Məhkəmə L.Martinesi nifrət zəminində cinayət törətməkdə, odla ehtiyatsız davranmaqda və residivizmdə suçlayıb.

Martines "Dangerous Curves"a daxil olmaq istəyəndə, onu qovublar. Sinirlənən Martines şəhərdəki "Ames United Church of Christ" kilsəsinə yollanıb, LGBT bayrağını qoparıb. Bundan sonra kluba qayıdan Martines bayrağı küçədə yandırıb.

O, klubun yanındakı barı yandıracağını da deyib.

"Ames United Church of Christ" kilsəsinin keşişi, homoseksual olduğunu aşkar bəyan edən Eylin Qebbinin dediyinə görə, məhkəmənin hökmündən razıdır.

L.Martines LGBT bayrağına qarşı əməlinə görə 16 il həbs cəzası almış ilk şəxsdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.