Maraqlı

Elektrik enerjisi ilə işləyən ilk hidrotəyyarə uçuş edib - VİDEO

19 Dekabr 2019 08:41
0 Şərh     Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Britaniya Kolumbiyası əyalətində tam elektrik enerjisi ilə işləyən dünyanın ilk kommersiya hidrotəyyarəsinin uçuşu həyata keçirilib. Bu barədə "Harbour Air Seaplanes" aviaşirkətinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, uçuş iki şirkətin - Şimali Amerikanın hidrotəyyarələrin istehsalı üzrə nəhəng "Harbour Air" aviaşirkətinin və elektrik aviasiyası üçün texnologiyalar yaradan "magniX" şirkətinin birgə səyləri sayəsində mümkün olub.

Bildirilir ki, Riçmond şəhərində 750 at gücündə "magni500" mühərriki ilə sürətləndirən "de Havilland Canada DHC-2 Beaver" markalı altınəfərlik "ePlane" hidrotəyyarəsinin uğurlu uçuşu keçirilib. "Bu tarixi uçuş elektrik aviasiyasında üçüncü dövrün başlanğıcının əsasını qoyub", - məlumatda qeyd olunur.

"Bu gün biz tarixə daxil olduq", - "Harbour Air Seaplanes" şirkətinin baş direktoru və təsisçisi Qreq Makduqall bildirib.

Bu ilin əvvəlində şirkət "MagniX" ilə tərəfdaşlığa başlamaq və dünyada ilk tam elektrik hidrotəyyarələr parkını tikmək niyyətində olmasını bəyan edib. 2019-cu ilin iyununda Paris aviasalonunda nümayiş etdirilən "Magni500" təyyarələri təmiz və effektiv enerji üsulu ilə təmin edən yüksək güc əmsalına malik elektrik mühərrikidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.