Maraqlı

Prosessorlar 10 nanometrdən 1.4 nanometrə keçəcək

19 Dekabr 2019 23:10
0 Şərh     Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İntel şirkəti uzun illərdir ki, prosessor ekosistemində lider mövqeyidə oturub. Lakin son illərdə AMD-nin arxitektura dəyişməsi səbəbilə ciddi rəqabət ortamı yarandı. Bir konfrans zamanı şirkətin 10 illik planı haqqında danışıldı və yol xəritəsi göstərildi. 1968-ci ildə Gordon E. Moore tərəfindən təməlləri atılan İntel şirkəti bu günə qədər bir çox cihaz üçün prosessor istehsal etdi. Moore qanununa əsasən prosessorlarda hər 2 ildən bir tranzistor sayı 2 dəfə çoxaldıla biləcəkdi. AMD şirkəti bu qanundan qismən kənara çıxa bildi.

İntel CEO-su Martin van den Brink tərəfindən verilən məlumata görə şirkət 10 nanomentrdən 1.4 nanometrə keçməyi düşünür və bu proses 10 il ərzində tamamlanacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni planlara görə İntel şirkəti hər 2 ildə 1 dəfə istehsal texnologiyasında yeniliklər edəcək. Bu Moore qanunun bir başqa formasına bənzəyir. Şəkilə əsasən görünür ki, şirkət 2020 və 2021-də 10 nm++ və 10 nm+++ arxitekturadan istifadə edəcək. Həmçinin həmin il 7 nm-ə keçid üçün də hazırlıqlar başlayacaq. Hər arxitektura üçün nm, nm+ və nm++ olmaqla 3 dəfə istehsal planı hazırlanıb. Bütün bunlardan sonra şirkət 2023-də 5 nm, 2025-də 3nm, 2029-da isə 1.4 nm-ə keçid etməyi planlayıb. Lakin nəzərə alsaq ki, TSMC firması artıq 2020 üçün 3nm arxitekturaya keçidə hazırlaqlara çoxdan başlayıb. Çox güman ki, İntel də geri qalmamaq üçün prosesləri sürətləndirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.