Maraqlı

5 keçidən 555 min dollar qazandılar

18 Dekabr 2019 08:07
0 Şərh     Baxış: 3 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistan bu il 5 yaban burmabuynuzlu keçi ovundan 555 min dollar qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, bu il 5 amerikalı ovçu məhz burmabuynuzlu keçi ovu üçün 100 min dollardan çox dəyəri olan lisenziya alıb.

Pakistanın milli simvollarından olan burmabuynuzlu keçiyə görə ölkədə 1 il üçün sadəcə 12 icazə kağızı olur. Bu lisenziyalardan əldə edilən gəlirlərin 80%-i lisenziya verilən bölgələrin rifahı üçün xərclənir.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin hesabatına görə, dünya miqyasında burmabuynuzlu keçi sayı 10 minə yaxındır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.