Maraqlı

Azərbaycanda ən çox bu ginekoloji şişlər aşkarlanıb

21 Dekabr 2019 23:20
0 Şərh     Baxış: 1 409
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən il qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəməsi diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 977 nəfər olub.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 4-ü 18-29, 16-sı 30-34, 18-i 35-39, 226-sı 40-59, 104-ü 60 və yuxarı yaş qruplarına aid olmaqla 368 nəfəri uşaqlıq boynunun xərçəngi xəstəsidir.

2-si 18-29, 2-si 30-34, 6-sı 35-39, 135-i 40-59, 128-i 60 və yuxarı yaş qruplarına aid olmaqla 273 nəfər uşaqlıq cisminin xərçəngi, 1-i 14-17, 12-si 18-29, 2-si 30-34, 10-u 35-39, 192-si 40-59, 119-u 60 və yuxarı yaş qrupuna aid olmaqla 336 nəfər yumurtalığın xərçəngi diaqnozu ilə qeydiyyata alınıb.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkə üzrə qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələrindən ölən qadınların sayı 543 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.