Maraqlı

“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

17 Dekabr 2019 08:35
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti tərəfindən təqdim edilmiş "iOS 13.3" versiyasında fiziki təhlükəsizlik açarlarının dəstəyi sistem səviyyəsində reallaşdırılıb. Gücləndirilmiş qoruma sistemi istənilən proqram və ya "Safari" brauzerində sayt üçün aktivləşdirilə bilər.

"iOS" sisteminin yeni versiyası "iPhone" cihazını fiziki açarla qorumağa imkan verir"iOS" sisteminin yeni versiyası "USB-C", "NFC" və "Lightning" texnologiyasına malik istənilən FIDO2 standartlı qurğunu dəstəkləyir. İstifadəçilər "iPhone" və ya "iPad" cihazlarına brelok qoşaraq parol və ya SMS vasitəsilə göndərilmiş kodu daxil etmədən öz hesablarına ("Gmail", "Dropbox", "Twitter", "Outlook" və "Facebook") daxil ola biləcəklər.

Bundan başqa, yeniləmə "iOS 13" sistemində aşkar edilmiş səhvləri düzəldir. "Screen Time" funksiyasının imkanları genişləndirilib: indi telefon zənglərinin müddətinə limit müəyyənləşdirmək, "iMessage", "FaceTime" və "iCloud" kontaktları ilə ünsiyyət vaxtını məhdudlaşdırmaq mümkündür. Həmçinin "iOS 13.3" versiyası klaviaturadan "Memoji"ni gizlətməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.